Rabitəbank işçi axtarır - VAKANSİYA
“Rabitəbank” ASC-nin Maliyyə menecmenti departamentinə, Büdcə şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edilir.
Əsas vəzifələr:
• Bankın strateji baxış, hədəfləri, missiya hesabatı üzrə dəyişikliklərin ediməsi və təkliflərin verilməsi;
• Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması və qiymət siyasəti barədə təkliflərin verilməsi;
• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
• Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
• Struktur bölmələrdən toplanmış büdcə layihələrinin təhlil edilməsi.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Maliyyə və mühasibatlıq üzrə azı 3 il təcrübəsi;
• Böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan dili, İngilis dili arzuolunandır;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat etmə bacarığı;
• Komanda şəklində çalışma və idarəetmə qabiliyyəti;
• Yüksək səviyyədə Excel bilikləri, VBA bilikləri üstünlük hesab olunur;
• Oracle SQL proqramlaşdırma dili ilə işləmək bacarığı;
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir (məs.CIMA, ACCA).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Büdcə şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3