Paşinyan sərhəd münaqişəsi ilə bağlı bunları təklif edir
![](https://ena.az/uploads/news/2021-05/_ena_42b842d89329c213543251e99_o.jpg)
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb.
"ENA" "RİA Novosti"yə isitnadən xəbər verir ki, Paşinyanın təklif etdiyi plan 3 bənddən ibarətdir:
Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli;
Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli;
Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.