Azərbaycan banklarına əmanət qoyuluşu artıb

Bu il mayın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 8 352,9 milyon manat təşkil edib.
"ENA" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 2,5 % çoxdur.
Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 5,6%, son 1 ildə isə 7,7% artıb.