Hadisə

Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi HƏBS EDİLDİ

Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib.

Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A. Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri – Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib.

Onu da qeyd edək ki, Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Ə. Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)