STP-AH MMC işçi axtarır - VAKANSİYA
“STP-AH (Metaləritmə)” MMC Satış Şöbəsinə menecer vakansiyası elan edir.
Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində satış təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd
- Ali təhsilli;
- Satış sahəsində ən az 3 il iş təcrübəsi olan;
- İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq;
- Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanıtmaq;
- Kompüter və MS Office proqram bilikləri;
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, rus dilini bilmək üstünlükdür.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İxracat və idxalat sahələrində təcrübəli olan, sənədləşmələri (Mənşə sertfikatı, ST1, CMR, İnvoice, Packing list və s.) bilən namizədlərin müraciətləri dəyərləndiriləcək.
Hansı işləri görəcəksiniz :
- Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
- Müəssisənin uğurlu imicinin yaradılması;
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
- Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili;
- Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək
- Müştəri bazasının formalaşdırılması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Yeni müştərilərlə müqavilələrin bağlanılması;
- Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz ?
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış meneceri” yazaraq 24.06.2021 il tarixinədək cv@stp-ah.com ünvanına göndərmələri xahiş olunur.