BİZNES

ASK prezidenti beynəlxalq palatanın Direktorlar Şurasına üzv seçildi

20 may 2021-ci il tarixdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Assambleyasının onlayn formatda     37-ci iclası keçirilib. İclasda qurumun Direktorlar Şurasına yeni üzvlərin təqdimatına baxılıb.

Təqdimat əsasında keçirilən səsvermədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib. Palatanın Baş katibi Yusif Xələvi çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlıqdan məmnundurlar və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni layihələrin həyata keçirilməsi perspektivləri üzərində işləyirlər. 

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Millli Konfederasiyası 2015-ci ildən bəri Palatanın üzvüdür və Azərbaycan biznes icmasını İslam Palatasında təmsil edən yeganə təşkilatdır.

Həmçinin 37-ci iclasda iştirak edən dövlətlər eyni zamanda təşkilata daxil olan fondun hesablarının Palatanın hesablarından ayrılaraq müstəqil şəkildə formalaşdırılmasına münasibətlərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası 1979-cu ildə təsis edilmişdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı qurumudur və islam ölkələrindən 57-ni öz sıralarında birləşdirir.

Gələcəkdə ticarət, informasiya texnologiyaları, sığorta, təkrarsığorta, bankçılıq, üzv ölkələrdə investisiya imkanları və müştərək müəssisələrin təşviqi sahələrində qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)