Elm və Texnologiya

“Google” yayda ilk mağazasını açacaq

“Google” korporasiyası yayda Nyu-York şəhərinin Çelsi rayonunda ilk mağazasını açacaq. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, “Google Store”da “Pixel” telefonları, “Fitbit” qolbaqları, “Pixebook” noutbukları və “Nest” adlı “ağıllı ev” cihazları satılacaq.

Pandemiya dövründə mağazaların sayı məhdudlaşdırılacaq. “Google Store Chelsea” Çelsi rayonunun şəhər kampusunun bir hissəsi olacaq. Qeyd edək ki, “Google”un təxminən 11 min işçisi Çelsidə yaşayır.

Bəzi texnoloji şirkətlər pərakəndə mağazalarını açırlar. Məsələn, 2020-ci ilin iyununda “Microsoft” satışların azalması səbəbindən 83 mağazasını bağladığını açıqlayıb. “Apple” isə mağazalarını unikal memarlıq obyektlərinə çevirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)