ENA+

Rusiya parlamenti Açıq Səma Müqaviləsini dayandırıb

Rusiya Dövlət Duması Açıq Səma Müqaviləsini denonsasiya edib. Bu qərar yekdilliklə qəbul edilib.

“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Federasiya Şurası sənədi bu gün dəstəkləməyi planlaşdırırdı, lakin dünən şuranın iclasının yayın əvvəlinə təxirə salındığı məlum olub.

Açıq Səma Müqaviləsi (ASM) soyuq müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biri kimi qəbul edilib və 2002-ci il yanvar 1-də qüvvəyə minib. ASM 34 iştirakçı ölkəyə açıq şəkildə bir-birlərinin hərbi qüvvələri və fəaliyyətləri haqqında məlumat toplamağa imkan verir.

Ötən ilin mayında ABŞ müqavilənin ləğvi prosedurunu başladıb və noyabrın 22-da başa çatdırıb.

Bu ilin yanvarında Moskva da ASM-dən çıxmaq üçün prosedurların başlandığını elan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)