TURİZM

Bakının ikinci ən böyük oteli açılır

Bakıda yeni "Courtyard by Marriott Baku Oteli" açılacaq 

ENA xəbər verir ki, otel şəhərin ikinci ən böyük oteli olacaq.

Qış Parkı ilə üzbəüz, şəhərin mərkəzində yerləşən və 365 otaqlı bu otel gözəlliyi ilə göz oxşayır. 11 iclas otağı və eksklüziv "Beş" adlı restoranı ilə Courtyard Baku oteli 5 ulduzlu kimi görünsə də əslində konsept olaraq 4 ulduzlu olması nəzərdə tutulub.

Otelin yaranmasında əsas məqsəd turizm bazarını 4 ulduz seqmentində yüksək standardlı xidmətlə təmin edən dünya brendinin gətirilməsidir. Belə ki, otel qiymətləri xarici turistlər üçün münasib olacaq (4 ulduz kateqoriyasında) və həm də Marriott brendinin keyfiyyətində 5 ulduzlu xidmət alacaqlar.

Courtyard hazırda dünya üzrə 1500-ə yaxın otəl şəbəkəsinə malik olmaqla Marriott-un ən dinamik inşikaf edən brendidir.

"Courtyard by Marriott Baku" otelinin menecmenti "Absheron Hotel Group" tərəfindən həyata keçirilir və bu qrupa daxil olan ən gözəl otellərdən biridir.

Otelin açılışının isə 10 iyun, 2021 tarixində baş tutması nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)