Unibank işçi axtarır - VAKANSİYA
Unibank
Auditor
Tələblər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-mühasibatlıq sahəsi üzrə təhsil və magistr təhsili arzu ediləndir);
• Azərbaycan Respublikasının Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
• Maliyyə üzrə biliklərin olması;
• Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
• Korporativ Bank xidmətləri istiqamətində əməliyyat sahəsi üzrə biliklərə malik olmalı;
• Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
• Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı ;
• Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
• Stressə davamlılıq;
• 1-2 həftəlik ezamiyyələrdə iştirak etmək mümkünlüyü.
Öhdəliklər:
• İllik audit planına və plandankənar qaydada bankın struktur bölmələrinin işlərinin yoxlanılması;
• Yoxlama proseslərinin Azərbaycan Respublikasının qanunvercilik aktlarının, həmçinin Bankın daxili prosedurlarına uyğun aparılması;
• Bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların və standartların tələblərinin pozulması hallarını tədqiq etmək və uyğunsuzluqları aşkarlamaq;
• Audit yoxlanması zamanı aşkar edilmiş risklər barədə bankın digər bölmələrini məlumatlandırmaq və müvafiq tövsiyələr vermək;
• Yekun audit hesabatlarının hazırlanması və rəhbərliyə tədqim edilməsi;
• Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.