Axtar

"Azərsu" ASC-yə rəhbərlik ona həvalə edildi

Xəbər verdiyimiz kimi, 04 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub.

Hazırda Q.Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. Onu kollektivə Baş nazirin müavini Yaqub Eyyubov təqdim edib.

Qeyd edək ki, Köçərli Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Unikal.org

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33