Dövlət İdarəsi işçi axtarır - VAKANSİYA
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Memarlıq və layihə-smeta şöbəsi / şöbə müdiri
İşin qısa təsviri:
• Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsi;
Namizədin vəzifə öhdəlikləri:
• Eskiz və işçi layihələrinin hazırlanması;
• Obyektlərin kompleks layihələrinin işlənib hazırlanmasına texniki rəhbərlik edilməsi;
• Layihə təkliflərinin hazırlanması və nəzarət edilməsi;
• Layihələrlə smeta uzlaşmalarının yoxlanılması;
• Smeta qiymətlərinin cari bazar qiymətlərinə uyğunlaşdırılması;
• Baş planların işlənib hazırlanmasında və həllində iştirak edilməsi;
• Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edilməsi;
• Satınalma proseduruna uyğun təkliflərin hazırlanması;
Namizədə olan tələblər:
• Ali təhsil (İqtisadi və ya memarlıq üzrə);
• Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
• Archicad, Autocad, Lumion proqramları üzrə biliklər.
Qeyd: Uyğun namizədlərdən hr@icherisheher.gov.az elektron ünvanına mövzu yerinə “Memarlıq və layihə-smeta şöbəsinin müdiri” yazaraq CV göndərmələri xahiş olunur.