Neftin qiyməti 70 dollara yaxınlaşır
Dünya birjalarında neftin qiyməti artıb.
ENA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,49 ABŞ dolları və ya 0,75 % artaraq 66,18 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,49 dollar və ya 0,71 % artaraq 69,37 dollar təşkil edib.