Axtar

Gürcüstan əhalisinin 20 %-i koronavirusa yoluxub

“Gürcüstanda epidemioloji vəziyyət pisləşsə də, nəzarət altında saxlanılır”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin böyük hissəsi – 20 %-i artıq koronavirusa yoluxub: “Buna müvafiq olaraq, Gürcüstanda müəyyən kollektiv immunitetin formalaşdığını söyləmək olar”.

Baş epidemioloq qeyd edib ki, əhalinin 60 %-nin tam vaksinasiyadan keçəcəyi halda açıq havada qoruyucu maskadan istifadə etməməyə icazə veriləcək.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33