ENA+

Bill Qeyts boşanır

“Microsoft”un banisi Bill Qeyts və xanımı Melinda boşandıqlarını elan ediblər.

“ENA” xəbər verir ki, bu barədə Bill Qeytsin tvitterdə xanımı ilə birlikdə yaydığı açıqlamada bildirilir.

"Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik", - açıqlamada qeyd olunur.

Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.

“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə yaşaya biləcəyimizə inanmırıq", - Qeyts cütlüyü vurğulayıb.

Boşanmanın maliyyə tərəfi açıqlanmır.

Qeyd edək ki, “Microsoft”un rəhbəri dünayda ən zəngin biznesmenlərin ilk beşliyinə daxildir, onun ailəsi sərvəti 130 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)