İstehlak kreditləri üzrə faizlər tavandadır: milli və xarici valyutada fərq
Bu il aprelin 1-nə Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi milli valyutada 19-25%, xarici valyutalarda isə 5% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manatda kart kreditləri 25%-lə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 23%-lə, yaşayış sahəsinin təmirinə dair kreditlər 23%-lə, avtomobil kreditləri illik 19%-lə, digər kreditlər isə 19%-lə ayrılıb.
Ümumilikdə bank sektorunun verdiyi istehlak kreditlərinin həcmi 3 milyard 680.4 milyon manat təşkil edir. Ümumilikdə kredit portfelinin həcmi isə 14 milyard 352.4 milyon manatdır.