Bank

“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların
növbədənkənar Ümumi Yığıncağı 30 yanvar 2025-ci il tarixində, saat 15:00-da Bankın Bakı
şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən
idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın
Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və
katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)