Axtar

Paşinyan istefa verdi

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.

“ENA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

***

Mövcud Konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız Baş nazir istefa verdikdə mümkündür.

“Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm”, - o deyib.

Xatırladaq ki, martın 18-də N.Paşinyan iyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bəyan etmişdi.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33