Axtar

Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir

Slovakiya Baş naziri Eduard Heger Rusiyanın Bratislavadakı səfirliyində çalışan üç rusiyalı diplomatın mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq bir həftə içində ölkəni tərk etmələrini söyləyib.

Baş nazir açıqlamasında əlavə edib ki, bu qərar həm də Çexiyadakı vəziyyətlə əlaqədardır.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rəsmi Bratislavanın rusiyalı diplomatları deportasiya etmək qərarı ilə bağlı açıqlama verib.

O bildirib ki, bu qərardan məyusdurlar  və məsələ ilə bağlı cavab gecikməyəcək.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33