"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rəhbərliyinə müvəqqəti təyinat olub.
Məlumata görə, şirkətə rəhbərlik Samir Məmmədova həvalə edilib.
O, Nazirliyin aparat rəhbəridir və bu vəzifədə bir neçə gün öncə işdən kənarlaşdırılmış Suat Paşayevi əvəz edib.