Sağlamlıq

Böyük Britaniyada koronavirusun yeni variantı aşkarlandı

Böyük Britaniyada COVID-19-un yeni variantları aşkarlanıb.

İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni varianta Böyük Britaniyada 77 yoluxma halı məlumdur.

VUI-21-APR-01 kodu verilən həmin variantın E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.

“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)