MİDA Bakıda salınan yaşayış kompleksi üçün yenidən pul ayırdı
“MİDA” MMC “Qaz Oil Building” MMC ilə təxmini 1 milyon manatlıq müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 853 279 manatdır.
Qeyd edək ki, bundan əvvəl ə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsinə 1 086 072 manat ayrılıb.