Elm və Texnologiya

“Microsoft” 16 mlrd. dollara nitq tanıma şirkətini alacaq

“Microsoft” 16 milyard dollara “Nuance Communications” nitq tanıma şirkətini almağa hazırlaşır.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, “CNBC”nin verdiyi məlumata görə, razılaşma artıq bu gün elan edilə bilər.

Eləcə də bax: Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib

Bildirildiyi kimi, “Microsoft” ilk dəfə “Nuance” haqqında 2020-ci ilin dekabrında söz açmışdır. O ərəfədə nitq tanıma şirkətinin bir səhmi 56 dollara olmuşdur.

Qeyd edək ki, 16 milyard dollar dəyərində qiymətləndirilən “Nuance” şirkəti “Microsoft”un ikinci ən böyük alışı olacaq. 2016-cı ildə korporasiya 27 milyard dollara “LinkedIn”i almışdır.

“Nuance”ın alışı “Microsoft”un səsli proqram imkanlarını genişləndirə bilər. Hal-hazırda korporasiyanın nitqi simvollara köçürən alətləri var. “Microsoft” nitq tanıma texnologiyasını “Bing” axtarış sistemi və “Teams” kommunikasiya tətbiqi kimi məhsullara yeridir.

Məhsullarına “Dragon” nitq tanıma proqramını da daxil edən “Nuance” sentyabrın 30-u başa çatan maliyyə ilində 91 milyon dollar xalis mənfəət əldə edib. 2020-ci ilin dördüncü rübündə şirkət 346 milyon dollar gəlirlə təxminən 7 milyon dollar xalis mənfəət əldə etmişdir. Eyni zamanda gəlir illik müqayisədə 4% azalmışdır.

“Nuance” şirkəti 1992-ci ildə qurulub. 2020-ci ilin sentyabrında şirkətin 7100 işçisi olub. O, “Apple”ın “Siri” köməkçisində istifadə olunan texnologiyanın təməlini qoyub. 2019-cu ildə bəri “Microsoft” və “Nuance” həkimlərə xəstələri ziyarət edərkən səsli danışıqları yazmağı imkan verən texnologiya sahəsində əməkdaşlıq edirlər.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department