Neft bahalaşır - QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,03 ABŞ dolları və ya 0,05 % artaraq 59,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,01 dollar və ya 0,02 % artaraq 62,96 dollar təşkil edib.