Sosial iqtisadiyyat

“Azəriqaz”a məxsus 3 000 manat dəyərində boru kəsilərək oğurlanıb

Bakıda oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də “Azəriqaz” İB-yə məxsus 3 000 manat dəyərində 80 metr borunu kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev saxlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)