Neft yenidən ucuzlaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,19 ABŞ dolları və ya 0,32 % azalaraq 59,58 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin dəyəri cümə axşamı səhər 9:07-ə qədər bir barel üçün 62,81 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,35 dollar (0,55%) azdır. Çərşənbə günü edilən ticarət nəticəsində bu müqavilələr 0,42 dollar (0,7%) artaraq barel üçün 63,16 dollara yüksəlmişdi.
ABŞ Enerji Nazirliyi çərşənbə günü ölkədə neft ehtiyatlarında 3,52 milyon barel azalma olduğunu açıqladı. Bununla birlikdə, benzin ehtiyatları analitiklərin gözlədiklərindən daha çox - 4.04 milyon barel artdı.
Bununla belə, bəzi analitiklər benzin ehtiyatlarının artmasının ABŞ-da yanacaq tələbatının yay səyahət mövsümü ərəfəsində idxalın artması ilə əlaqəli ola biləcəyini düşünürlər.
Bundan əlavə, AstraZeneca koronavirus peyvəndi ətrafında vəziyyətlə bağlı narahatlıqlar var. İngiltərə Hökumətinin Peyvənd Məsləhət Qrupu (JCVI) peyvənddən sonra bildirilən tromboz hallarına görə 30 yaşınadək insanlara AstraZeneca peyvənd olunmamasını tövsiyə etdi və Avropa Dərman Agentliyi (EMA) qan laxtalanma riskinin olması qənaətinə gəldi.