Azərbaycanda logistika şirkəti bağlandı
“STS Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin ümumi yığıncağı 30.03.2021-ci il tarixdə hüquqi şəxslərin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.
Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1003 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları, ev 18, mənzil 11 ünvanına bildirə bilərlər.
Azərbaycan Respublikaaının Mülki Məcəlləsinin 61.7-maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Bildirək ki, logistika şirkəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Raul Müzəffərovdur.