Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,56 ABŞ dolları və ya 0,95 % artaraq 59,21 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,49 dollar və ya 0,79 % artaraq 62,64 dollar təşkil edib.