Sosial iqtisadiyyat

Bu səhiyyə ocağı pandemiya xəstəxanasına çevrildi

Bu gündən etibarən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yenidən koronavirusla mübarizə üçün karantin rejiminə keçib.

“ENA” xəbər verir ki, bu qərar ölkədə xəstəliyin dinamikasında olan artımla bağlıdır.

Müvafiq tapşırığa əsasən, bu gündən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Xəstəxanada fəaliyyət göstərən şöbələr Cəlilabad Rayon Diaqnostika Mərkəzinə və yaxınlıqda yerləşən tibb ocaqlarına köçürülüb.

Qeyd edək ki, hələ ölkəmizdə koronovirus pandemiyasının sürətlə yayıldığı ilk vaxtlarda, bu səhiyyə ocağı xəstəliyə qarşı mübarizə mərkəzi kimi seçilib, əsasən, ətraf rayonlardan xəstəliyə yoluxanlar burada müalicə olunublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)