Elm və Texnologiya

Texnologiya nəhəngləri dəqiqədə nə qədər qazanır?

Digital həyat artıq həyatımızın ən böyük hissələrindən biridir. Xüsusilə, pandemiya dövründə bir çox texnologiya şirkəti gözləntilərdən çox böyük rekord əldə etdi.

Bəs, texnologiya nəhəngləri dəqiqədə nə qədər qazanır? Bir çoxlarına maraqlı olacaq bu cavabı yazımızda veririk.

Facebook

Facebook, gizlilik məsələləri və Black Lives Matter-dən dolayı sıxıntılı dövrlər keçirmişdi, ancaq bu onların maliyyə nəticələrinə təsirsiz ötüşüb.

Son rübdə 27 milyrad dollar gəlir əldə edən platforma, aylıq ortalama (MAU) 2,8 milyard aktiv istifadəçiyə sahibdir.

Facebook, Alpha-nın Mart 2021 məlumatlarına görə, dəqiqədə 213,628 dollar qazanır.

Alphabet

Google-un ana şirketi Alphabet 2020-ci ili 182 milyard dollar gəlir ilə başa vurub. Bu rəqəmin 20 milyard dolları isə YouTube-dan gəlib.

Dahası, hər gün təxminən 4 milyard Google axtarışı edilir və bu da onu dünyanın ən populyar veb saytı edir. Alphabet-in (Google) dəqiqədə qazancı isə 433,014 dollardır.

Amazon

ABŞ-ın ən qabaqcıl e-ticarət platformalarından biri olan Amazon dünyanın digər bölgələrində də populyarlığını hər gün artırır. Məsələn, 2020-ci ildə Yaponiyadan 20 milyard dollar, Almaniyadan isə 29 milyard dollar gəlir əldə edib. Dəqiqədə 955,517 dollar gəlir ilə Amaon “Big Tech”lər arasında zirvədədir.

Tesla

Elektrik mühərrikli avtomobil sektoru, Tesla-nı yeni zirvələrə aparan ən vacib güclərdən biridir. Şirkət qabaqcıl S&P 500-ə yüksəldi. Bu isə Elon Musk-ı dünyanın ən varlı insanı etdi. Tesla-nın dəqiqəcə əldə etdiyi gəlir isə 81,766 dollardır.

Microsoft

Microsoft, 1,75 trilyon dollarlıq nəhəng bazar dəyəri ilə ən böyük ikinci Big Tech hissəsidir.
Çeşidli ticari payları arasında Bing, LinkedIn, Xbox və bulud kommunikasiya xidməti
Azure var.

Səhm dəyəri ilə zirvəni yaxından izləsə də Microsoft dəqiqəyə qazandığı
327,823 dollarla ən yüksək gəlir əldə edənlər arasında 4-cü sırada yerləşir.

Apple

2021-ci ilin ilk rübündə, Apple, həm Mac, həm də iPad-dən təxminən 15,7 milyard dollar gəlir əldə edib. Həmçinin geyinəbilən məhsullar və ev aksessuarlar kateqoriyasında isə şirkətə 12,9 milyard dollar gəlir əldə edib.

Mart 2021-ci il məlumatlarına görə, Apple hər yeni dəqiqədə 848,090 dollar qazanaraq siyahıda Amazon-dan sonra sırada ikinci yerdə qərarlaşıb.

Netflix

Epidemiya, Netflix də nəzakətli rəftar edib. Hətta dünyanın boğuşduğu bu vəziyyət onlar üçün fürsətə dönüb. Marka 2020-ci ili 52 milyon yeni abunəçi ilə və ümumilikdə 203 milyon istifadəçiyə çatıb. Orijinal kontentləri, təsirli abunəçi böyüməsi isə gəlir yaratmasının arxasındakı ən güclü faktorlarda biridir.
Netflix-in dəqiqədə əldə etdiyi gəlir isə 50,566 dollardır.

Mənbə: Visual Capitalist

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)