Sosial iqtisadiyyat

Meliorasiyanın yeni rəhbəri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

ENA.az xəbər verir ki, “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur. Bu MMC BRAVO supermarketlərinin sahibi kimi göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan “Azərbaycan Supermarket” MMC-nin nizamnamə kapitalı 2 min manat təşkil edir.  

Z.Mikayılovun bölüşdüyü məlumatlara görə, Türkiyədə Boğaziçi Universitetini bitirib. Hazırda "Bravo" marketlər şəbəkəsinin idarıedici direktorudur. Ondan əvvəl "Agro Dairy" şirkətinin idarəedici meneceri olub. Eyni zamanda “Paşa İnşaat”da və “Port Baku"da Baş menecer, Bakcell-də işləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)