Hesablama Palatasının 2020-ci il üzrə hesabatı Milli Məclisə daxil olub
“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatı Milli Məclisə daxil olub.
ENA.az xəbər verir ki, bu barədə “Report” məlumat verib.
Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.