Bankların dollar tələbi kəskin artdı - HƏRRAC
30 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 80,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
ENA.az xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.