Elm və Texnologiya

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və  tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılması təşəbbüsünə Bakcell şirkəti də qoşulub.

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət  qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

“YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

Qeyd edək ki, “Bakcell”in daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər. 

Həmçinin, Bakcell şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək istəyən abunəçilərinə  “YAŞAT” fonduna öz balanslarından ianə etmək fürsəti təqdim edib. YAŞAT fonduna edilən ianə üçün göndərilən SMS tamamilə pulsuzdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)