Axtar

Sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək

Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. Odur ki, sabahdan başlayaraq Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik. Belə ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.

Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur. 2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar.

O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?

Qubad İbadoğlu
iqtisadçı

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33