Daha bir bank əməkdaşı “Azərpoçt”un rəhbərliyinə təyinat aldı

Azərbaycan Milli poçt şəbəkəsinin operatoru “Azərpoçt” MMC-nin rəhbərinə yeni müavin təyin edilib.
Məlumata görə, İsi Mustafayev “Azərpoçt”un baş direktoruna müavin təyin edilib. O, bu vəzifəsinin icrasına martdan start verir.
İ.Mustafayev 2020-ci ilin iyulunda “Rabitəbank” ASC-də Xəzinədarlıq departamentinin direktoru kimi təyin edilmişdi.
İ.Mustafayev 2016-2020-ci ildə lisenziyası ötən il ləğv edilən “AG Bank” ASC-də Xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışmışdır. Məlumat üçün bildirək ki, “AG Bank”ın İdarə Heyətinin sədri işləmiş Əfqan Cəlilov “Azərpoçt”un baş direktoru təyin edilib.
2003-cü ildən Azərbaycan Mərkəzi Bankında iqtisadçı kimi başlamış, 2006-2014-cı illərdə Bazar əməliyyatları şöbəsinin müdiri, 2014-2016-cı ildə Kredit bazarına nəzarət departamentinin müdiri kimi çalışmışdır.