İnşaat və əmlak

Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və yaxud icarəyə verilməsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olacaq.

“ENA” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Komitə həmçinin tikinti üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və yaxud onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldıra biləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)