Bank

Azərbaycan bankları hərracdan dollar alışını azaldır: bugünkü nəticə

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $54,7 milyon satıb.

Martın 16-da keçirilən hərracda banklara 55 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb 54,7 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)