BMW ilk tamamilə elektrikli sedanını təqdim etdi – FOTO
BMW ilk tamamilə elektrikli sedanını təqdim edib. Hal-hazırda qiymət haqqında heç bir təfərrüat yoxdur.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Avtomobil 2021-ci ilin ikinci yarısında satışa çıxacaq, böyük ehtimal ki, qiyməti də yayda açıqlanacaq.
Qeyd edək ki, 2025-ci ilə qədər BMW 25 yeni model elektrikli avtomobil təqdim etməyi və bu il bu istiqamətdə daha bir neçə addım atmağı planlaşdırır.
BMW 482.8 km (300 mil) qədər gediş, 390 kVt / 530 at gücü və 4 saniyədə 100 km / s sürət vəd edir.