Tenderlər

“Azərişıq” Şuşaya fiberoptik kabel çəkdirir

“Azərişıq” ASC Qarabağdakı elektrik yarımstansiyaları arasında bağlantının qurulması məqsədi ilə Şükürbəyli-Hadrut-Şuşa istiqamətində fiberoptik (48 lifli) kabelin çəkilməsi, rabitə sisteminin keyfiyyətinin və dayanıqlılığının artırılması üçün ikinüvəli ATS-nin qurulması üçün açıq tender elan edib.

“ENA” xəbər verir ki, tenderdə iştirak haqqı 800 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 14-ü, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 22-si, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi aprelin 23-də, saat 12:00-da portalda açıqlanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)