Elm və Texnologiya

Azərbaycanın internetin sürətinə görə dünyadakı yeri açıqlanıb – yenə geriləyirik

Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 64-cü yeri tutub.

ENA.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının yanvar ayı üçün açıqlanan reytinqində deyilir.

Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 176 ölkə arasında 119-cu yerdə qərarlaşıb.

Reytinqə əsasən, yanvar ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 32.78 Mb/saniyədən 35.18 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 22.72 Mb/san- dən 23.41 Mb/san-ə qalxıb.

“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə bir ayda 4 pillə irəliləyərək 64-cü olub. Sabit internetin sürətində isə 2 pillə geriləyərək və 119-cu olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)