İlon Mask özünü “texnologiyanın kralı” adlandırıb

“Tesla”nın baş direktoru İlon Mask və maliyyə direktoru Zak Kirkhorn “titullarını” dəyişdiriblər. Banker.az “Vc.u”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) məlumat verib.
“15 mart 2021-ci ildən bu yana İlon Mask və Zak Kirkhornun titulları “Technoking of Tesla” və “Master of Coin” olaraq dəyişdirilib. İlon və Zak baş direktor və maliyyə direktoru vəzifələrini qoruyub saxlayacaqlar”, – mesajda bildirilir.
Maskın dəyişdirilmiş tutulunu “texnologiyanın kralı”, Kirkhornun isə – “sikkələrin hökmdarı” kimi tərcümə etmək olar.