İnnovasiya və Təchizat Mərkəzi 54 milyon manatlıq tenderə yekun vurub
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi "Şəkərli Diabet üzrə Dövlət Proqramı"na uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların (1 lot), bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin (2 lot), bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların (2 lot) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri müvafiq olaraq “AvroMed Company 15” QSC, “M-Complex”, “Zeytun Pharmaceuticals”, “Fuad-Kimya Servis” və “Albatros Heltkeyr” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 29,833 milyon manat, 264 min manat, 19,159 milyon manat, 3,679 milyon manat, 850 min manat, ümumilikdə isə 53,785 milyon manat ödəniləcək.