Bankların filial və şöbələrinin sayı - AZALIB
Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 508 olub.
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 vahid azdır. Ötən eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 48 vahid azalıb.
Oktyabrda bank şöbələrinin sayı da 3 vahid azalaraq 140 olub. Bununla belə, illik müqayisədə bu rəqəm 2 vahid azdır.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən bank filiallarının sayında ilk dəfə olaraq dəyişiklik oktyabrda müşahidə olunub. Şöblərin sayı isə fevraldan sonra ikinci dəfədir ki, dəyişir.