Valyuta hərracı keçirildi - NƏTİCƏ
Mərkəzi Bankda mart ayının dördüncü valyuta hərracı keçirilib.
ENA.az xəbər verir ki, Dövlət Neft Fondu tərəfindən yerli banklara bu hərracda dollar satışının həcmi 62.3 mln. dollar olmuşdur. Bu da sonuncu hərracla müqayisədə 48.7%
çox olması deməkdir.
AMB bildirir ki, hərracda bankların tələbi “tam təmin edilib”.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Beləliklə, martın ilk dörd valyuta hərracında 207.4 mln. dollar təşkil edib.