“AzInTelecom” infrastrukturu ilə bağlı təxminən 1 milyon manat xərc çəkəcək
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “İnfinitech” MMC ilə müqavilə bağlayıb.
ena.az xəbər verir ki, müqavilədə “AzInTelecom” MMC-nin mövcud şəbəkə infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkə yüklənməsinin tənzimlənməsi sistemi üçün texniki xidmətlərinin yenilənməsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 811 623 manatdır.