Dünyanın ən sürətli superkompüteri tam gücü ilə işləməyə başlayıb
Martın 9-da Yaponiyada dünyanın ən sürətli “Fugaku” superkompüteri tam gücü ilə işləməyə başlayıb.
Kompüterdən COVID-19 koronavirusu ilə mübarizədə də istifadə edilir.
Eləcə də bax: Alimlər yeni varp mühərrik konsepsiyasını təqdim ediblər
Bildirilir ki, “Riken” Elmi Hesablama Mərkəzinin alimləri tərəfindən idarə edilən superkompüterin apreldə tam gücü ilə işləməsi nəzərdə tutulurdu. Lakin mühəndislər cədvəli qabaqlayaraq, planlaşdırılmış işləri vaxtından əvvəl başa çatdırıblar.
Qeyd edilir ki, tədqiqatçılar kompüterdən koronavirusun damcılarının yayılması və müalicə məqsədilə istifadə edirlər.
Əlavə olaraq bildirək ki, müqəddəs Fuci dağının şərəfinə adlandırılan superkompüter sənaye məqsədli hesablama üsullarının sayının ölçülməsi, süni intellektin əlavələri və böyük məlumatların təhlili üzrə digər üç kateqoriyada da birinci olub. Qeyd edilir ki, “Fugaku” saniyədə 442 kvadrilyon hesablama aparmağa qadirdir, bu da ABŞ-ın Milli Okric laboratoriyasının hazırladığı “Summit” sistemindən 3 dəfə sürətlidir.
Yaponiyanın “Fujitsu Ltd.” şirkəti ilə “Riken” Tədqiqat İnstitutunun Kobe şəhərində yerləşən Elmi Hesablama Mərkəzi tərəfindən birlikdə hazırlanmış “Fugaku” superkompüteri elmi tədqiqatlarda, sənaye həllərində və hərbi texnologiyalarda tətbiq olunan güclü modelləşməyə malikdir.