Valyuta hərracı keçirildi - NƏTİCƏ
![](https://ena.az/uploads/news/2021-03/_ena_b28c0cb0aa6adab6a7f06dc85_o.jpg)
9 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 41.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu isə son hərracla müqayisədə 5 faiz azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Beləliklə martın ilk üç hərracında cəmi 145.1 mln. ABŞ dolları təşkil edib.