Vakansiyalar

Starex işçi axtarır - MAAŞ 1200 MANAT

Vəzifə : Filial Rəhbəri
Əmək haqqı : 1200 Azn
Nahar şirkət tərəfindən təmin olunur.
İş rejimi : Həftədə 6 gün

Vəzifə öhdəlikləri:

- Gömrükdən bağlamaların qəbulu, filiala çatdırılması və müştərilərə verilməsinə nəzarət etmək ;
- İşçilərin davamiyyətinə və idarəetməsinə nəzarət etmək , tənzimləmək
- Filialda baş verən bütün əməliyyatlara nəzarət etmək;
- Yarana biləcək problemləri öncədən araşdırıb rəhbərliyə məlumat vermək;
- Zəruri hallarda problemli işlər üzrə müraciət edən müştərilərlə görüşmək;
- Filiala aid xərclərin tənzimlənməsi;
- Vəzifə öhdəliyinə uyğun olaraq rəhbərlik tərəfindən ona həvalə edilmiş digər məsələlərin vaxtında yerinə yetirilməsi;

Namizədə Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment ixtisasında üstünlükdür);
● Karqo şirkətində və ya retail sahəsində idarəetmədə minimum 3 il iş təcrübəsi mütləqdir;
● Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
● Yüksək analitik qabiliyyət, ünsiyyət və idarəetmə bacarıqları;
● Dürüstlük, məsuliyyətlilik, çeviklik, idarəetmə bacarığı;
● Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
● Komandada işləmə və komandanı idarəetmə;

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Filial Rəhbəri” qeyd etməklə, hr@starex.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department