Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
OPEC+ qərarı nefti 70 dollara istiqamətləndirib – Son 14 ayın zirvəsi! | ENA.az
Birja

OPEC+ qərarı nefti 70 dollara istiqamətləndirib – Son 14 ayın zirvəsi!

 Bakı vaxtı 13:58 —Ötən günlərdə OPEC+ ölkələrinin 4 mart üçün planlaşdırılan 14-cü görüşü üçün neft qiymətlərindən “iştahalanıb” hasilatı artıracağını gözləyən bir çox analtiklərin proqnozları puça getdi.

OPEC+ öncəki ildəki hadisələrdən dərs çıxararaq neft bazarı üçün “israrlı” mövqe tutmaqla qiymət artımını daha da dəstəkləməli oldular. İndi hadisələr neftin bahalaşması istiqamətində irəliləməkdədir. Bakı vaxtı ilə 13:50 radələrində may fyuçerslərində Brentin qiyməti 68 dolların üzərinə çıxmaqla 14 ayın ən yüksək həddinə keçdi.

London birjasında Brent markalı xam neft qeyd edilən saatlarda 1.61 dollar artımla (2.41%) 68.39 dollar/barrelə (USD/bll), Nyu-York birjasında WTI xam nefti  +1.40 +2.19% dollar (1.72%) artımla 65.23 dollar/barrelə ticarət olunmaqdadır.

Bir çox analitiklər neft istehsalçılarının qiyməti 60 dollar üzrəində olan neft üçün hasilatın artımını mümkün sayırdılar. OPEC+ isə ötən gün hasilatla bağlı öncəki qərara heç bir dəyişiklik etmədilər. Nəticədə, treyderlər, hazırda bərpa olunan iqtisadiyyatlara tələb olunan neftin sürətlə artacağı və təchizatın buna adekvat qarşılıq verə bilməməsi ilə neftin daha da bahalaçacağına ümidləri var.

Səudiyyə Ərəbistanı fevral ayında öz istəyi ilə hasilatda daha 1 mln barrel/günlük hasilatı azaldıb, bunun növbəti apreldə də davam edəcəyinə qərar verdi. OPEC+ ölkələrinin  gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6.9 mln. barrel təşkil edəcək. Azərbaycanın isə apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq.

Nüfuzlu “Fitch” reytinq agentliyi isə OPEC və onunla bir alyansda olan ölkələrinaprel ayında da davam etdirilməsi ilə bağlı qərarını “gözlənilməz konservativ” adlandırıb.

“Fitch” reytinq agentliyinin təbii sərvətlər və xam mallar üzrə qrupun direktoru Dmitri Marinçenko bildirib ki, bu qərar neftə olan qiymətlərin hələlik 60 və 70 USD/bll civarında olmasına səbəb olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)